Untitled Document
 

Dinamik inkişaf edən "İDEAL DİZAYN" istehsalat şirkəti Azərbaycan ofis mebeli bazarında aparıcı müəssisələrdən biri olub, 2000-ci ildən etibarən fəaliyyət göstərir.
Çoxillik uğurlu fəaliyyət nəticəsində müəssisədə nəzərə çarpacaq və əhəmiyyətli dəyişikliklər baş vermişdir. Bu müddətdə müəssisənin avadanlıq parkı Almaniya, İtaliya və Türkiyə istehsalçılarının dünya standartlarına cavab verən müasir avadanlıqları ilə yeniləşdirilmişdir və bu proses hazırda da davam etməkdədir. İstehsalat prosesində yalnız yüksək keyfiyyətli və bütün ekoloji norma və tələblərə cavab verən xammal, material və aksesuarlardan istifadə olunur. İstehsal olunan məhsulların keyfiyyətinə nəzarət istehsalat prosesinin hər bir mərhələsində həyata keçirilir.


Şirkət daimi olaraq mebel bazarını tədqiq edir. Buna paralel olaraq "İDEAL DİZAYN" istehlakçıların istəklərinə və tələblərinə uyğun geniş rəng seçimində olan operativ mebeller seriyası, müxtəlif qiymət diapazonunda rəhbər kabinetləri seriyası, mehmanxana və otellər, təhsil və tibb müəssisələri üçün mebellər istehsal edir.

"İDEAL DİZAYN" mebel şirkətinin istehsal etdiyi bütün məhsullar Azərbaycan Standartlaşdırma və Metrologiya Agentliyi tərəfindən sertifikatlaşdırılmışdır.
Onu da qeyd etmək lazımdır ki, "İDEAL DİZAYN"-nın istehsal etdiyi məhsullar Türkiyə, Qazaxıstan, İran və Gürcüstana uğurla ixrac edilir.

Şirkətin istehsal etdiyi məhsulların istehlakçılara çatdırılması və quraşdırılmasını həyata keçirmək məqsədilə yaradılmış xidmət bölməsi fəaliyyətini müvəffəqiyyətlə davam etdirməkdədir.
"İDEAL DİZAYN"-nın sahib olduğu böyük istehsal gücü, tətbiq etdiyi çevik qiymət siyasəti və satışın stimullaşdırılması üzrə marketinq proqramları söyləməyə əsas verir ki, istehsal olunan məhsullar istehlakçıların bütün tələblərini ödəməyə imkan verir, eyni zamanda geniş qiymət diapazonu isə müştərilərimizin arzularına və istəklərinə uyğun səmərəli seçim etməyə şərait yaradır. "İDEAL DİZAYN" sıx əlaqələrin qurulmasına səy göstərir və hər zaman üçün qarşılıqlı faydalı əməkdaşlıq formalarını müzakirə etməyə hazırdır.

   
 

 

 
 
Pinar
Style
Maya
Tazio
Radika
Senator
Prestige
Jazz
 
Omega
Menecer dəsti
L-vari masa
İşçi yerləri
Resepşn
Toplantı masası
Kompüter masaları
  
 
  
 
   











Bu sayt " Vision " İstehsalat Mərkəzi tərəfindən yaradılıb