Untitled Document
"İdeal Dizayn"dan Biznes Dünyasına Dəstək: 24 aya qədər kreditli satış

“İdeal Dizayn” şirkəti 10 illik fəaliyyət müddəti ərzində müştəri yönümlü strategiyanı özünə prioritet seçmiş və müştərilərinə tərəfdaşlıq prizmasından baxmışdır. Şirkətin bu prioriteti məhz “Daimi Tərəfdaşınız” sloqanında öz əksini tapmışdır.

Milli şirkət olaraq, Azərbaycanın biznes dünyasına dəstək ola bilmək üçün İdeal Dizayn “Dəmirbank ASC” ilə birgə ofis mebelinin kreditləşdirilməsi layihəsini işləyib hazırladı. Belə ki, bütün “İdeal Dizayn” mağazalarında siz ofisinizə uyğun istənilən mebeli 20 % ilkin ödənişlə, 24 aya qədər kreditli şərtlərlə əldə edib həm başlanğıc investisiya xərclərinizi azalda bilər, həm də büdcənizə uyğun şəkildə ofisinizin mebelini yeniləyə bilərsiniz.

 

Kredit Şərtləri:

  • İllik faiz dərəcəsi - 24 %
  • Kreditin rəsmiləşdirilməsi üzrə xidmət haqqı 1.5%, minimum 50 AZN olmaq şərti ilə
  • Kreditlər 24 ay müddətinə qədər verilə bilər
  • Kreditlərin məbləği - 500 AZN – 20 000 AZN
  • İlkin ödəniş – minimum 20%

 

Müştəridən tələb olunan sənədlər:

  • Şəxsiyyət vəsiqəsi
  • VÖEN
  • Bank rekvizitləri
  • Vergilər Nazirliyindən alınmış “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin(obyektinin) olduğu yer üzrə uçota alınması haqqında ARAYIŞ”
 
Pinar
Style
Maya
Tazio
Radika
Senator
Prestige
Jazz
 
Omega
Menecer dəsti
L-vari masa
İşçi yerləri
Resepşn
Toplantı masası
Kompüter masaları
  
 
  
 
   











Bu sayt " Vision " İstehsalat Mərkəzi tərəfindən yaradılıb