İstehsal

İstehsal seriya və özəl olaraq həyata keçirilir. Siz istədiyiniz ölçüdə mebel sifariş edərək onun istehsalını reallaşdıra bilərsiniz.

Azərbaycan Respublikası daxilində şirkətimizin nəzdində 3 böyük fabrik fəaliyyət göstərir. Bunlar Xırdalan, Masallı və Sumqayıt mebel fabrikləridir. Ofis mebellərinin əksər hissəsinin istehsal olunduğu Xırdalan fabrikinin aylıq istehsal gücü 9 000 dəstdən çoxdur. Xarici ölkələrdə fəaliyyət göstərən fabriklərimiz əsasən xarici bazarlardakı tələbatı ödəmək üçündür. Belə ki, Gürcüstanda 2 (Tiflis və Qardabani), Ukraynada 1 (Lvov) fabrik mövcuddur.

Fabriklərimizdə "Holzma", "Homag", "İma", "Burkle", "Morbidelli", "Biesse" kimi dünya şirkətlərinin müasir avadanlıq və dəzgahlarından istifadə edilməklə postforminq, fiqurlu frezləmə və digər yüksək texnologiya tələb edən əməliyyatlar aparılır.

Yüksək keyfiyyətli, bütün ekoloji norma və tələblərə cavab verən xammal (dsp, mdf, hdf, dvp), material və aksesuarlar xarici ölkələrin bu sektorda fəaliyyət göstərən ən qabaqcıl firmalarından tədarük edilir.

İstehsalda istiyə, suya və zərbəyə davamlı melamin, laminat, pvc üzlüklü lövhələrdən istifadə edilir ki, bu da müştərilərin istək və ehtiyaclarının qarşılanması üçün çeşid çoxluğuna imkan verir.

Ən çox baxılan dəstlər












Müştərilərimiz
  • Coca Cola
  • Bank Respublika
  • Wellington Heights
  • SOCAR
  • OSCE
  • Finca
  • Dəmirbank
  • Muğan Bank
  • UNHCR
  • CNIM
  • VF Azercredit
  • Akkord
  • Atəşgah Sığorta
  • Akkord
  • Akkord
  • Akkord
  • Akkord


Yükləmələr

  • Kataloqlar
  • İdeal Dizayn © 2017.  Bütün hüquqlar qorunur.